Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, bugünə kimi, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Nizami Gəncəvinin əsərləri, həmçinin dahi şairə həsr olunmuş əsərlərdən ibarət 3 hissəli videoslayd hazırlanıb və burada 150-dən artıq dəyərli nəşrlər yer alıb.
Bu dəfə isə MEK “Nizami Gəncəvi İli” çərçivəsində kitabxananın fondlarında saxlanılan seçmə nəşrlərdən hazırlanmış “Низами Гянджеви” adlı videoslaydı rus dilində təqdim edir.
İçərişəhərdə “Milli Geyimlər Günü” çərçivəsində geniş mədəni proqram təşkil olunub