"VIA Gra" qrupunun keçmiş solisti Albina Canabayeva və prodüser müğənni kimi tanınan Valeri Meladze üçüncü dəfə valideyn olmağa hazırlaşırlar. Bu barədə Canabayeva öz "İnstagram" səhifəsində xəbər vermişdi. Səhifəsində paylaşdığı şəkildə ulduzun böyüyən qarnı izləyicilərin diqqətindən qaçmayıb. 41 yaşlı müğənni paylaşdığı statusun altında "Gözləyirəm" şərhini yazmışdır.
Qeyd edək ki, Canabayeva və Meladzenin artıq iki oğlu var.Birinin 17, digərinin isə 6 yaşı var. 4-ci dəfə evli olan Meladzenin birinci evliliyindən də 3 qızı var.
Samirə Tağıyeva, "İki sahil"