İtaliya-Azərbaycan Assosiasiyasının (Associazione Italia-Azerbaijan) rəsmi “YouTube” kanalında Azərbaycanda keçirilən ənənəvi Novruz bayramı haqqında məlumat yerləşdirilib.
"İki sahil" xəbər verir ki, məlumatda yaz fəslinin başlanğıcı, gecə-gündüz bərabərliyi günü − 20-21 mart tarixləri də daxil olmaqla, bu il Azərbaycanda Novruz bayramının 10 gün ərzində qeyd ediləcəyi haqqında danışılır.
AZƏRTAC-ın məlumatına görə, bildirilir ki, Azərbaycanda Novruz günlərində ənənəyə uyğun olaraq tonqallar qalanır, müxtəlif şirniyyatlar hazırlanır, xonça bəzədilir, səməni əkilir, qaynadılmış yumurta boyanır.
Qeyd edilir ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.