16 mart 2021 16:38
2536

Oscar alan unudulmaz filmlər

Oskar – kinosənətində ən əsas mükafatlardandır.

Amerika kinoakademiyasının 6000-dən artıq üzvünün səsverməsi yolu ilə seçilən filmlər “Oskar”a layiq görülürlər və dünya tarixində iz qoyurlar.

Bu yazıda  dünya kinematoqrafına ən çox “Oskar” adına layiq olan filmləri təqdim edirik

“Ben-Qur” (Ben-Hur) – 11 Oskar – rejissor Uilyam Uaylerin 1959-cu ildə çəkdiyi tarixi filmdir. Dünya kino tarixində ilk dəfə olaraq 11 "Oskara" layiq görülmüş tarixi dramdır.Film "MGM" şirkətini bankrotdan xilas etməli idi. 15 milyon dollarlıq film 70 milyon dollar qazanaraq şirkətin ümidlərini tam doğrultdu.

“Titanik” (Titanic) – 11 Oskar – rejissor Ceyms Kameronun 1997-ci ildə çəkdiyi və “Titanik” adlı gəminin batması hadisəsindən bəhs edən filmdir. Öncəki filmin rekordunu qıra bilməsə də “Oskar” mükafatı tarixində ona çatan ikinci film oldu. Bu günə qədər 87 mükafat və qələbəsiz qalan 48 nominasiyalı filmdir. Qeyd edək ki, “Titanik” 14 “Oskar” mükafatına layiq görülüb.

“Üzüklər hökmdarı: Kralın qayıdışı” (The Lord of the Rings: The Return of the King ) – trilogiyada sonuncu filmdir. 2004-cü il Oskar nominasiyasında 11 Oskar alan 3-cü filmdir. Filmin rejissoru Piter Ceksondur. Həmçinin dünya kinosunda fantastika janrında “İlin ən yaxşı filmi” nominasiyasında qalib olmuş yeganə filmdir.

“Küləklə sovrulanlar” (Gone With the Wind) – 10 Oskar (1939). 1938-ci ildən bəri kinematoqrafda ən maraqlı və ən yaxşı film sayılır. İlk rəngli filmlərdən biridir. Marqaret Mitçelin eyniadlı əsəri əsasında rejissor Viktor Fleminq tərəfindən çəkilib. Məşhur ingilis aktrisası Vivyen Li və Klark Qeyblin ifasında mükəmməl çəkilmiş filmdir.

“Vestsayd əfsanəsi” (West Side Story) – 10 Oskar (1961). Məşhur Brodvey müziklinin kino variantı rejissorlar Cerom Robbinson və Robert Uayz tərəfindən 1961-ci ildə çəkilib.

 “Jiji” (Gigi) – 9 Oskar. Bu musiqili film 1958-ci ildə rejissor Vinsent Minnelli (Layza Minnellinin atası) tərəfindən çəkilib.

“Sonuncu imperator” (The Last Emperor) – 9 Oskar. Son Çin imperatorunun taleyindən bəhs edən filmdir. 1987-ci ildə məşhur rejissor Bernardo Bertoluççi tərəfindən çəkilmiş tarixi-bioqrafik filmdir.

“İngilis pasiyent” ( The English Patient ) – 9 "Oskar" mükafatına layiq görülən bir film Maykl Ondatjenin eyniadlı əsəri əsasında 1996-ci ildə rejissor Entoni Minqella tərəfindən çəkilib. 1997-ci ildə “Oskar” mükafatında 12 nominasiya üzrə iştirak edirdi və 9-nu qazana bildi.

“Xarabalıqdan çıxmış milyoner” (Slumdog millionaire) – 8 Oskar (2009). Rejissorlar Denni Boyl və Lavlin Tandan tərəfindən çəkilib.

“Kabare” (Cabaret) – Bu film 8 "Oscar" mükafatına layiq görülmüş filmlər sırasındadır. 1972-ci ildə rejissor Bob Fossa tərəfindən çəkilmiş film  bu onluqda sonuncu yeri tutur.

Samirə Tağıyeva, "İki sahil"