SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.
“Azəriqaz”dan "İki sahil"ə verilən məlumata görə, baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Elçin Qocayev Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb. 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz” İB-də şöbə rəisinin müavini və şöbə rəisi kimi çalışıb.
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib