Sutkanın pik saatlarında, ümumilikdə təxminən 2-3 saatı əhatə edən müddətdə Zaqatala, Balakən rayonlarının bir neçə yaşayış məntəqəsinin qaz təchizatında qısamüddətli xırda çətinliklər yaşanıb.
"İki sahil" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" səhifəsində məlumat yayıb.
O bildirib ki, qaz təminatı tamamilə dayanmayıb, qazın təzyiqi müəyyən qədər zəifləyib:
"Saat 11:00-dan məsələ tam nəzarətə götürülüb. Ümumiyyətlə, bu gün həmin regionda pik saatlarda qaz təminatında bir daha problem yaşanmayacaq".
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib