“2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibə İrəvanın strateji müttəfiqi olan Rusiyanın səyləri sayəsində dayandırılıb”.
“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan açıqlama verib.
“Qarabağdakı müharibə Rusiyanın səyi sayəsində dayandırıldı. Bəlkə kiminsə xoşuna gəlmir, amma bu, bir həqiqətdir. Əks təqdirdə, tamamilə fərqli bir vəziyyətə düşmüş olardıq”,- deyə Ayvazyan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.
O, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə dövrü ərzində uğursuz fəaliyyətinə də toxunub: “Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin uğursuzluğunu göstərdi. 27 sentyabr 2020-ci ildə Qarabağda müharibənin başlanğıcı onların mandatları çərçivəsində uğursuz olduqlarını sübut etdi”.
Eyni zamanda Ayvazyan Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla danışıqları bərpa etməkdə maraqlı olduğunu qeyd edib: “Mövcud vəziyyəti sabitləşdirməklə yanaşı həm də prosesi idarə edəcək güclü həmsədrliyə ehtiyacımız var”.