Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.
Bu barədə "İki sahil"ə onun qızı Fidan Cəfərova məlumat verib.
Onun sözlərinə görə, anasının iki gün öncə verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb: "Altı gün idi özünü narahat hiss edirdi, hərarət, halsızlıq var idi. Bu gün cavab pozitiv çıxandan sonra “Yeni Klinika”ya yerləşdirdik. Mən özüm də test vermişəm, amma cavabım hələ ki çıxmayıb".
Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş barelyefin və auditoriyanın açılışı keçirilib
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib