08 aprel 2021 08:42
914

Ekvadorda təyyarə qəzaya uğrayıb

Ekvadorun qərbində yüngül motorlu təyyarə qəzaya uğrayıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, hadisə Salitre kantonunda (qərbdə yerləşən Quayas əyaləti) baş verib. Qəzada iki heyət üzvü və dörd sərnişin ölüb.

Hökümət tərəfdən istintaq başlanılır.