12 aprel 2021 06:19
1018

Zara çəkiliş meydanına qayıdır

Müğənni Zara yeni layihəsi ilə ekranlara qayıdır.

"İki sahil" Türkiyə mətbuatına istinadən bildirir ki, o, bu dəfə "Mavera" adlı serialda çəkiləcək. Ekran işi Hacı Əhməd Yesevinin dastanı əsasında çəkiləcək.

Serial Ramazan ayı boyunca "TRT 1" telekanalında yayımlanacaq.

Qeyd edək ki, Zara sonuncu dəfə “Eşkiya dünyaya hükümdar olmaz” da rol alıb.