13 aprel 2021 03:28
835

İran Aİ ilə terrorizm sahəsində əməkdaşlığı dayandırır

Rəsmi Tehran Avropa İttifaqı ilə bir sıra sahələrdə əməkdaşlığı dayandırır.

"İki sahil" xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib. Məlumata əsasən, İran bu addımı Avropa Birliyinin sanksiyalarına cavab olaraq atıb. Tərəflər arasında əməkdaşlığın dayandırıldığı sahələr terrorizm, insan haqları, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qaçqınlarla bağlı problemləri əhatə edir.