14 aprel 2021 13:27
732

Ukrayna Baş nazirinin müavini Ağdamda

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

“İki sahil” xəbər verir ki, qonaqlar erməni işğalının nəticələri ilə yerində tanış olacaqlar.

İlk olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları qonaqlara erməni işğalçılarının əraziləri minalaması, ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları barədə məlumat veriblər.