Yunanıstanın xarici işlər naziri Nikos Dendias İstanbula səfər edib.
"İki sahil" xəbər verir ki, nazir Yunanıstanın İstanbuldakı Konsulluğunda Fener Rum patriarxı ilə görüşüb.
Qısamüddətli görüşdən sonra nazir yenidən Afinaya qayıdıb. O, bu gün Brüsseldə keçirilən NATO toplantısına videokonfrans formatında qatılacaq.
Qeyd edək ki, N. Dendiasın bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankaradakı rəsmi görüşü sözügedən NATO toplantısı ilə əlaqədar sabaha təxirə salınıb.
Vens: Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
Ərdoğan: Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq
Amerikanın ən böyük beş telekanalı Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb