14 aprel 2021 19:04
604

Rusiya hökuməti SOCAR-ın zavoduna investisiya ayıracaq

Rusiyanın Energetika Nazirliyi 14 neft emalı zavodunun modernizasiya edilməsi və yeni yanacaq istehsalı müəssisələrinin inşasına dair müqavilələr imzalayıb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu müqavilə 2027-ci ilə qədər davam edəcək və onun ümumi dəyəri 800 milyard rubl (10,58 mlrd ABŞ dolları) təşkil edir.

Bu neft şirkətləri ilə imzalanmış sazişlərə əsasən, ikinci dərəcəli neft emalı üçün 30 texnoloji qurğunu, habelə köməkçi qurğuları və sahədənkənar qurğuları yenidən qurub istismara verməlidirlər. Bu, benzin istehsalını illik 3,6 milyon tondan çox, dizel yanacağı istehsalını isə ildə 25 milyon tondan çox artıracaq.

Energetika Nazirliyinin məlumatında deyilir ki, 2020-ci ildə Rusiyada benzin istehsalı 2019-cu ilin səviyyəsinə görə 4,5 % azalaraq 38,4 milyon tona, dizel yanacağı isə 0,5 % azalaraq 78 milyon tona düşüb.

Neft Emalı Zavodlarının modernizasiyasına dair investisiya müqavilələri “Rosneft”in Novokuybışevsk, Sızransk, Tuapse, Komsomolski neftayırma zavodlarını, “Qazpromneft” şirkətinin Moskva və Omsk NEZ-lərini, “LUKoil”in “LUKoil –Nijeqorodneftorqsintez”, Mixail Qutseriyevin “Safmar” qrupu ilə Afipski NEZ və "Orsknefteorqsintez", habelə “Qazprom neftexim Salavat”, “Tatneft” şirkətinin törəmə “Taneko” şirkəti, Novoşaxtinski neft məhsulları zavodu və İlsk NEZ ilə imzalanıb.

Saziş imzalanan şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus Antipinski neft emalı zavodu da mövcuddur.

Qeyd edək ki, razılaşmalar 1 yanvar 2031-ci il tarixinədək qüvvədədir.