15 aprel 2021 09:34
773

Nyu-York polisi 12 saatlıq növbələrə keçəcək

ABŞ-ın Nyu-York şəhər polisi kütləvi iğtişaşlar riskinin artması səbəbindən 19 aprel tarixindən etibarən 12 saatlıq növbəyə keçəcək.

"İki sahil" xəbər verir ki, meqapolisin polis idarəsinin daxili sərəncamında yeni qaydaların qüvvədə olma müddəti göstərilməyib. Trend-in məlumatına görə, qeyd olunub ki, 12 saatlıq növbələrin ləğvi barədə qərarın mövcud vəziyyətə əsasən veriləcək. Sənəddə polis əməkdaşlarının sentyabr ayına qədər məzuniyyətə çıxması da qadağandır.

Növbələrin davamlığında artım afroamerikalı Dante Raytın Minnesota həbsxanasında tutulması zamanı ölümündən sonra ABŞ-da baş verən yeni bir etiraz dalğası fonunda olub.