“8 Noyabr” (keçmiş Nobel) prospektində yenidənqurma və bərpa işləri aparılır.
"İki sahil" xəbər verir ki, prospekt boyunca yol-nəqliyyat hadisələri və güclü külək səbəbindən yararsız hala düşən işıq dirəkləri yeniləri ilə əvəzlənir.
Yeni işıq dirəkləri əsasən sərt döngələrin olduğu yerdə quraşdırılıb. Dirəklərin sayı isə 50-ə yaxındır.
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Ayaz Hüseynov bildirib ki, görülən işlər zamanı ilk öncə bünövrələrin tikintisi həyata keçirilib və eyni zamanda zədələnmiş kabellərin bərpası aparılıb: “Sərt döngələrlə bağlı BŞİH Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə ilkin müzakirələr aparıb. Prospekt boyunca olan sərt döngələrin səkilərində müəyyən dəyişikliklər edilməsi planlaşdırılır. Bu da ona görə nəzərdə tutulur ki, gələcəkdə qəzaların qarşısını ala bilək”.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb