16 aprel 2021 12:08
1292

Eldar Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onun dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığı müəyyən edilib.