16 aprel 2021 12:55
608

Rusiyada koronavirusdan daha 397 nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusa 8995 yeni yoluxma halı qeydə alınıb.

"İki sahil" “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 684 148 nəfərə çatıb.

Rusiyada son bir gündə 397 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 104 795 nəfərdir. İndiyədək 4 310 557 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.