16 aprel 2021 14:23
1496

Bu ölkədə evli cütlüklər niyə ayrı yatırlar? - FOTO

Sağlam bir yuxu yaxşı bir evlilik deməkdir

İnsanların yuxu rejimi və yatdıqları yerlər fərqli mədəniyyətlərə görə dəyişir.

“İki sahil” xəbər verir ki, bəziləri yerdə  bəziləri daha yüksək çarpayılarda yatırlar. Tək və cütlük olaraq da yatmağa üstünlük verənlər  var. Şərqi Asiyanın minilliklər boyu mədəniyyətə sahib olan ada ölkəsi olan Yaponiyada isə işlər bir az daha fərqlidir. Bu ölkədə evli cütlüklər ayrı yataqlarda yatmağa üstünlük verirlər. Bəs, səbəb nədir?

Yaponiyada uzun iş saatları olduğunu bilirik. Hətta insanların hər yerdə yatdığını və bəzi iş yerlərinin xüsusi yataq otaqları olduğunu eşitmisiniz. Yapon cütlüklərinin iş saatları fərqli olur. Həyat yoldaşlarından biri evə gələndə, bəlkə də digəri o vaxt işə gedir. Çütlüklərin ayrı yatmağa qərar vermələrinin ilk səbəbi budur. Həyat yoldaşını evə gec gəldiyi və ya səhər tezdən işə getməli olduğu üçün narahat etmək istəmirlər. Çünki, bu vəziyyət cütlüklərdən birinin yaxşı yuxu almaması ilə nəticələnə bilər ki, bu da hər iki tərəf üçün narahatlıq yarada bilər. Bu səbəbdən onlar gecəni fərqli otaqlarda keçirməyə üstünlük verirlər. Bu da onların bir-birini narahat etmədən sağlam bir yuxuya getmələrini təmin edir. Başqa bir səbəb, müəyyən bir yaşdakı uşaqların anaları ilə yatmalarının doğru olduğunu düşünmələridir.

Alimlər analarla yatmağın uşaqların özünə güvəninin artmasına, daha sürətli müstəqil olmasına və məktəbdə uğur qazanmasına kömək etdiyinə inanırlar.

Bu vəziyyətdə yapon atalar ayrı bir otaqda yatmağa üstünlük verirlər. Əksər evliliklərdə ayrı-ayrı yatmaq problem olaraq görülsə də, yaponlar bunu qəbul etmir. Yaponlar narahatlığa dözə bilmədiklərini və sağlam bir yuxunun onlar üçün çox vacib olduğunu deyirlər.

Başqa bir səbəb, Yaponların əsrlər boyu futon adlandırdıqları bir nəfərlik yer çarpayılarında yatmağa vərdişli olmalarıdır. Belə ki, günümüzdə bir çox yapon bu çarpayılara üstünlük verir. Bu da evli cütlüklərin ayrı yataqlarda yatmasını normal hala gətirir. Onlar çox kiçik evlərdə yaşasalar da, ayrı çarpayılarda yatmaq mədəniyyətindən əl çəkmirlər.

Araşdırmaya görə, cütlüklərin yalnız 29,2 faizi eyni yataqda yatır.

Başqa bir araşdırma isə cütlərin nadir hallarda bir-birini öpdüyünü göstərir. Sorğuda iştirak edənlərin 65,6 %-i bir-birini öpmədiklərini söyləyir. Ancaq bunların heç biri xoşagəlməz bir əlaqəyə səbəb olmur. 1800-cü ilin sonlarına qədər Avropa ölkələrində yaşayan cütlüklər də ayrı çarpayılarda yatmağa üstünlük veriblər. Araşdırmalar göstərir ki, zəif yatan insanlar xırda şeylərdən  belə dava edə bilirlər. Bu da o deməkdir ki, həqiqətən sağlam bir yuxu yaxşı bir evlilik deməkdir.

Vüsal Cahanov, “İki sahil”