18 aprel 2021 12:18
845

Hans-Diter Flik: Müqaviləni ləğv etmək istədiyimi rəhbərliyə söyləmişəm

"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik bu mövsümün sonu klubdan ayrılacaq.

“İki sahil”  xəbər verir ki, bu haqda Almaniya mətbuatı məlumat yayıb. Qeyd edilir ki, o, bu barədə Bundesliqanın 29-cu turunda dünən keçirilən "Volfsburq"la matçdan (3:2) sonra bildirib: "Bu mövsümün sonunda müqaviləni ləğv etmək istədiyimi rəhbərliyə söyləmişəm. Bu barədə futbolçulara da dedim. İki ilə yaxın bir yerdə çalışmışıq. Bu komandadan, oyunçuların münasibətindən çox razıyam".

Qeyd edək ki, Flikin Almaniya millisinə baş məşqçi təyin olunacağı gözlənilir.