28 aprel 2021 17:23
1174

Peşəkar mütəxəssislər komandasında yeni bilik və bacarıqlara yiyələnməyə nə deyirsiniz?

8 həftə ərzində ölkəmizin müasir neft-kimya müəssisəsində peşəkar mütəxəssislər komandasında yeni bilik və bacarıqlara yiyələnməyə nə deyirsiniz?

“İki sahil” xəbər verir ki, SOCAR “telegram” səhifəsində bununla bağlı paylaşım edib.

O zaman SOCAR Polymer şirkətinin 2021-ci il Yay Təcrübə Proqramına qoşulun. Proqramda bakalavr üzrə 4 il təhsil alan III və IV kurs, bakalavr üzrə 5 il təhsil alan IV və V kurs, eləcə də magistratura pilləsinin I kursunda təhsil alan tələbələr iştirak edə bilər. Son müraciət tarixi 17 may 2021-ci ildir.

Ətraflı məlumat əldə etmək və proqrama qeydiyyatdan keçmək üçün bu linkdən istifadə etmək olar.