03 may 2021 17:35
931

Ötən ay ərzində 285 hektar ərazi minalardan təmizlənib

İndiyədək minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

"İki sahil" xəbər verir ki, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 1-dən 30-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanıb.

Bu günə kimi azad olunmuş 2 min 28 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.