04 may 2021 11:05
910

BANM-da həm təhsilini davam etdirir, həm də müəllim işləyir

Bakı Ali Neft Məktəbinin (BANM) fərqlənən məzunlarından olan Ramil Şükürov hazırda ali təhsil ocağında İnformasiya və kommunikasiya texnologiyaları fənnini tədris edir.

"O bildirir ki, innovasiyaların sənaye sektoruna inteqrasiyası, qabaqcıl texnologiyaların neft-qaz sektorunda tətbiqi baxımından yeni nəsil neftçi kadrların hazırlanması zamanın tələbidir", -deyə SOCAR-ın "Telegram" sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

Gənc müəllim özü də təhsilini BANM-nin doktorantura pilləsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə davam etdirir.