SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları təbii qazdan qanunsuz istifadə, qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir faktı aşkar ediblər. Paytaxtın Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında Ehtiram Əliyevə məxsus “Boru Keçidi 5” çörəkbişirmə müəssisəsinə 41 900 manat debütor borcun ödənilməsi üçün dəfələrlə müraciət olunub. Heç bir ödəniş olunmadığına görə Birliyin əməkdaşları müəssisənin qaz təchizatını dayandırıblar. Bundan sonra çörəkbişirmə müəssisəsinin işçiləri rezin boru vasitəsi ilə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə ediblər. Birliyin əməkdaşları qanunsuz qoşulmadan əlavə, qaz sayğacına müdaxilə halını da aşkarlayıb. Qanunsuz birləşmənin bir neçə dəfə ləğv olunmasına baxmayaraq müəssisənin əməkdaşları yenidən özbaşına şəkildə eyni əməli təkrar ediblər. Debütor borcu ödəmək əvəzinə “Azəriqaz” İB-nin əməkdaşlarını hədələyərək onlara xəsarət yetirməyə çalışıblar.
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sözü gedən ünvana yenidən baxış keçiriblər. Qanunsuz qoşulma halı təkrar olaraq aşkar edilib. Bu dəfə qaynaq vasitəsi ilə həmin qoşma ləğv edilib və müəssisəyə son dəfə xəbərdarlıq olunub.
Orxan Vahidoğlu, "İki sahil"
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO