“Slovakiya ilə ikitərəfli münasibətlərimiz, həmçinin Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesini həmkarım Anze Loqarla hərtərəfli müzakirə etdik”.
"İki sahil" xəbər verir ki, bunu Slovakiya Respublikasında rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyanın xarici işlər naziri Anze Loqarla birlikdə keçirilən mətbuat konfransında bildirib.
M. Çavuşoğlu slovakiyalı həmkarı ilə mövcud regional vəziyyət və beynəlxalq mövzularda müzakirələr apardığını vurğulayıb: “Bundan başqa, Türkiyənin Balkan ölkələrində də maraqları var və bu maraqlarımız çərçivəsində fəaliyyətlərimiz davam edir”.
Anze Loqar bildirib ki, Slovakiya növbəti dönəmdə Avropa İttifaqına rəhbərlik edəcək və ölkəsi Türkiyənin Aİ-yə üzv qəbul edilməsinə tərəfdar olduğu üçün bu istiqamətdə cəhdlərini davam etdirəcək.
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib