08 may 2021 17:49
965

Azərbaycan Ordusunda iməcilik keçirilib - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə münasibətilə mayın 8-də Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakı ilə iməcilik təşkil olunub.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, ikinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə rayon və şəhərlərdə ucaldılmış abidələr ətrafında və “Qardaşlıq məzarları”nın ərazisində təmizlik işləri görülüb, müxtəlif növ ağaclar, gül kolları əkilib və yaşıllıq zolaqları salınıb.