08 may 2021 19:48
537

“Azərkosmos”un strukturu və nizamnaməsi ilə bağlı qərar

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Prezidentin Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Kosmik Agentliyin (bundan sonra - Agentlik) strukturu, nizamnaməsi və nizamnamə fondunun miqdarı ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentlik dövlət qeydiyyatına alındığı gündən 15 gün müddətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə əməl olunmasını təmin etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə və İqtisadiyyat şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.