14 may 2021 12:56
1074

“Azəriqaz” daha bir qazi ailəsinin müraciətini təmin edib

“Azəriqaz” İstehsalat Birliyi daha bir qazi ailəsinin müraciətini təmin edib.

"İki sahil" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Qeyd edilib ki, Elşad Nəbiyev 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Tərtər istiqamətində piyada əleyhinə minaya düşərək sağ ayağından ağır yaralanıb. Qazinin müraciəti əsasında Ağstafa rayonunda yerləşən fərdi yaşayış evi təbii qazla təmin olunub.