16 may 2021 15:33
982

Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb

2021-ci ilin aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 885 yeni abonent qeydiyyata alınıb. Onlardan 3 995-i Bakı, Abşeron və Sumqayıt, 1 890-ı isə regionların payına düşür.

“Azəriqaz”dan “İki sahil”ə verilən məlumata görə, bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.