18 may 2021 03:31
589

"WhatsApp"da yenilik olacaq...

"WhatsApp" messencerində dialoqların ehtiyat surətlərinin şifrlənməsi funksiyası reallaşdırılacaq.

"İki sahil" bildirir ki, hazırda "Android" və "iOS" sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün ehtiyat surətlər "Google Drive" və ya "iCloud" bulud sistemlərində saxlanılır. Nəticədə bulud sisteminə müdaxilə etmiş haker şifrlənməmiş arxiv yazışmalarını asanlıqla ələ keçirə bilər.

İstifadəçilərin məlumatlarını müdafiə edən yeni funksiyanın beta-testi "WhatsApp" messencerinin yenilənmiş versiyasında əlçatan olacaq. Ancaq şifrləmə funksiyasını istənilən vaxt deaktiv etmək mümkün olacaq.