18 may 2021 10:01
625

Xaçmazda mağaza yandı

Xaçmaz rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli geyim mağazasının yanar konstruksiyaları 9 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 15 m² sahədə əriyib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hakllar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;