18 may 2021 12:22
744

Qasparyan “Koçaryanın adamı” çıxdı

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Onik Qasparyan keçmiş Prezident Robert Koçaryanın Tavuş bölgəsindəki seçki qərargahının koordinatorlarından biri təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Spitnik Armenia” məlumat yayıb.

Qasparyanın əslən İcevandan (Tavuşun regional mərkəzi) olduğu bildirilir.

Koçaryanın liderlik etdiyi “Hayastan” blokunun Tavuşdakı seçkiqabağı qərargahına dövlət qulluğu şurasının keçmiş sədri Manvel Badalyan rəhbərlik edəcək.

Xatırladaq ki, O. Qasparyan martın əvvəllərində Nikol Paşinyan hökumətinin istefasını tələb edən bəyanat yaydıqdan bir neçə gün sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən rəsmi olaraq azad edilmişdi.