23 may 2021 14:17
1051

Akar: 1107 terrorçu zərərsizləşdirilib

“Müdafiə sənayesinin bu nöqtəyə çatdığının fərqindəyik. Prezidentimizin rəhbərliyi və təşviqi ilə bundan sonra daha vacib və çətin bir yoldur. Əminik və inanırıq ki, çalışaraq bu çətinlikləri dəf edəcəyik".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Türk Silahlı Qüvvələrinin terrora və terrorçulara qarşı mübarizəsini böyük bir fədakarlıq və qətiyyətlə davam etdirdiyini ifadə edən Akar əlavə edib ki, mehmetçik, şərəfli tarixinə paralel olaraq böyük bir müvəffəqiyyət əldə edərək ölkəsinə və millətinə olan borcunu ödəyir və yerinə yetirir.

Nazir qeyd edib ki, terrorla mübarizənin həm ölkə daxilində, həm də sərhəd xaricində müvəffəqiyyətlə davam edir: "Bu mübarizədə yeganə hədəfimiz terrorçulardır. Mehmetçik terrorizmlə böyük bir mübarizə aparır. Təkcə 1 yanvar tarixindən bu yana 1107 terrorçu zərərsizləşdirilib”.