23 may 2021 15:04
967

Hulusi Akar: Yunan qonşularımız müsbət işləri təxrib etmək üçün əllərindən gələni edirlər

“Ege, Aralıq dənizi və Kiprdəki bəzi problemlərin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Yaxşı qonşuluq münasibətlərində, yunan qonşularımızla danışıqlar apararaq".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir Yunanıstanın indiyə qədər görülən işlər üçün təxribatlarını davam etdirdiyini ifadə edib: "Yunan qonşularımız, hərəkətləri və söylədikləri ilə görülən müsbət gedişi təxrib etmək üçün əllərindən gələni edirlər. Mən onlara bu yolun çıxış yolu olmadığını xatırlatmaq istəyirəm. Təxribatlarla bir yerə çatmaları mümkün deyil. Bizim istədiyimiz beynəlxalq hüquqdur.