10 iyun 2021 11:59
746

Ramiz Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Ötən gün vəfat edən Xalq artisti Ramiz Əzizbəylinin dəfn olunacağı yer məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə sənətkarın yaxınları məlumat verib. Bildirilib ki, aktyorun nəşi Qaradağ (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R. Əzizbəyli bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Onun eyni zamanda infarkt keçirdiyi açıqlanmışdı.