10 iyun 2021 18:01
1385

Qadağalar, qayğılar və fərqli qanunlar... - FOTO

Bütün bunlar Yaponiyada qadınların fərqli və mürəkkəb həyat tərzidir.

Müasir Yaponiyada qadın rolu çoxşaxəlidir. Bu yazıda sizə yapon  qadınlarının mürəkkəb həyatı ilə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.

Eynək taxmaq qadağandır

Yaponiyada olduqca sərt geyim qaydası var. Burada qadınlar işə mütləq forma geyinməlidirlər. Həmin  iş forması, bir qayda olaraq, qara gödəkçə, ağ köynək, ətək və kiçik dabanlı ayaqqabıdan ibarətdir. Son vaxtlar isə xidmət sektoru ilə əlaqəli olan təşkilatlar( Məsələn,restoran və otel biznesi,kosmetologiya,gözəllik salonları) yapon qadınların işə eynəklə gəlmələrini qadağan ediblər.

Eynəklərə olan qadağanın səbəbləri odur ki, şirkət rəhbərlərinin düşüncələrinə görə, bir qız eynəksiz daha cəlbedici görünür. Bu isə öz növbəsində şirkətin nüfuzuna və işin keyfiyyətinə müsbət təsir göstərir.

Qadınlar üçün nəqliyyat

Yaponiyada ictimai nəqliyyatda qadınların kişilər tərəfindən zorakılığa məruz qalması nadir hal deyil. Bu tip halları yaponlar "chikan" adlandırırlar. Kişilərə qarşı qadınlar tərəfindən şikayətlərin sayı artmağa başladığı üçün hökumət hərəkətə keçərək, Yaponiya metrosunda yalnız qadınlar üçün xüsusi vaqonlar ayırıb. Qeyd edək ki, bu cür vaqonlar adətən  qatarın sonunda yerləşir və kişilərin ora girməsi qəti qadağandır. Qadağaları pozan kişilər cərimələnir.

Hökumət gecə işləyən və bu səbəbdən evə gec qayıdan qadınlara da qayğı göstərir. Belə çətin vəziyyətə düşən qadınlar üçün xüsusi taksilər çalışmaqdadır. Həmin taksilərin sürücüləri də məhz qadınlar olur.

Qadınlar üçün ayrılan xüsusi yerlər

Yaponiyada, həmçinin qadınlar üçün xidmət göstərən kafelər və hətta  kitabxanalar var. Bu ölkənin bir çox mağazalarında belə qadınlara xüsusi güzəştlər olur. Məsələn, tibbi xidmət və mağazalarda satılan bəzi əşyalar kişilər üçün daha bahalıdır. Bundan əlavə, bir çox dövlət qurumlarında qadın günləri keçirilir. Həmin günlər qadınlar üçün böyük endirimlər olur.

 İşdə olan ayrıseçkilik

Sən demə, Yaponiyada qadınlar üçün iş tapmaq kişilərdən daha çətindir. Hətta bir qadının daha çox təcrübəsi olsa da, müdriyyət  seçim qarşında qalarsa, onda mütləq kişiyə üstünlük verəcək. Yaponiyada ən yaxşı vakansiyalar yalnız kişilərə verilir.Burada eyni vəzifədə çalışan kişi və qadın arasındada ayrıseçkilik var. Çünki onlar eyni vəzifədə çalışsalarda , kişi qadından üstün sayılır və onun maaşı daha çox olur.

Yaponiyada, analıq məzuniyyəti əvəzinə hamilə qadınlar məcburi şəkildə işdən çıxarırlar. Eyni zamanda işə subay qızlarıda götürmürlər. Yaponların düşüncələrinə görə, həmin qızlar işlərinə ciddi yanaşmırlar.

Yaponiyada qadın ailə büdcəsini idarə edir

Yaponiyada işsiz qalan qadının haqqlarını qorumaq üçün qəribə  struktur yaradılıb. Burada bir çox ailələrdə qadın ailə büdcəsini idarə edir. Yaponiyada bəzən kişi aldığı maaşı heç görmür, çünki onun əməkhaqqısı dərhal arvadının bank hesabına köçürülür.

Tək başına övladını böyüdən qadın

Yaponiyada tək başına uşaqlarını böyüdən qadınlar üçün də  tərtib olunan xüsusi qanunlar var. Məsələn, burada bir qadın qəza nəticəsində ərinin ölümü səbəbiylə tək qalırsa belə xanıma dövlət tərəfindən mütləq kömək göstərilir.

Lakin boşanan qadınlar və ya uşağının atasının kim olduğunu bilməyənləri burada ağır sınaqlar gözləyir. Belə hallarda, tək qalan  ana heç bir zaman normal iş tapa bilməz və onun uşağı böyük  sıxıntılar içində böyümüş olur. Buna baxmayaraq, belə tip qadınlar belə şikayət edərək, dövlət subsidiyalarını almağa cəhd edə bilərlər. Həmin  ödənişlər az olsada belə, lakin bunlarla yaşamaq mümkündür.

Burada tualetə gedən qadın diqqətli olmalıdır

Tualetə getmək Yapon qızları üçün həssas bir mövzudur. Burada tualetə getmək istəyən xanımlar çox diqqətli olmalıdırlar, çünki Yaponiyada  bir xanımın tualetə getdiyi eşidilirsə bu bir biyabırçılıq kimi qəbul olunur.

Yaponiyada qadın kişidən zəif olmalıdır

Yaponiyada qızlar oğlanlardan daha ağıllı, güclü və ya daha sürətli ola bilməzlər. Burada qadın kişidən üstün olsa belə, onu heç bir zaman bildirməməlidir. Yaponiyada bir kişi ilə münasibətdə olan qadın onun qeydinə qalmalı, demək olar ki, kişiyə  təslim olmalıdır. Ayrıca, burada  qızlar yüksək səslə danışmamalı,  təkəbbürlə və ya nəzakətsiz bir şəkildə ünsiyyət qurmamalı və heç bir şəkildə liderlik mövqelərini göstərməməlidirlər.Burada, həmçinin görünüşü və ya hərəkətləri ilə  bir kişinin diqqətini özünə çəkmək çox ayıbdır.  Yaponiyada,ümumiyyətlə bəyəndiyiniz bir gəncə hər hansı bir diqqət əlaməti göstərmək ayıbdır. Bu ölkədə,həmçinin evli olmayan cütlüyün küçədə qucaqlaşıb öpüşməyi qadağandır.

Qadınlar sumo güləşində iştirak edə bilməz

Qədim və orta əsrlərdə qadınların sumo güləşi ilə məşğul olduqlarına dair tarixi dəlillər olmasına baxmayaraq, hazırda yapon qadınlarının peşəkar sumoya qatılması qadağandır. Burada sumoistlərin döyüşdüyü  rinq  müqəddəs bir yer sayılır. Məhz bu səbəbdən qədim zamanlardan belə   "murdar" bir varlıq kimi tanınan qadınlar öz iştirakı ilə həmin müqəddəs yerin aurasını dəyişə bilərlər.

Bundan əlavə, qadınlar hakimlik  edə bilməzlər.  Deyilənlərə görə, 100 il bundan əvvəl qadınlara bu yarışlara baxmaq belə qadağan edilmişdi.  Yaponların düşüncələrinə görə, qadınların  "zəhərli" baxışları  güləşçilərə zərər verə bilərdi. Hal-hazırda   qadınlar zalda əyləşərək, həmin  döyüşün tamaşaçısı ola bilərlər.

 Bir qadın suşi düzəldən aşpaz ola bilməz

Deyilənlərə görə, Yaponiyanın ən məşhur   restoranlarında suşi düzəldən aşpazlar yalnız kişilərdir.  Yaponların düşüncələrinə görə, qadınlar suşi düzəldə bilməz.  Onların fikrincə bu,qadınlarda  hormonal dəyişikliklərlə bağlıdır. Həmin dönəmlərdə  qadınların əlləri daha isti və ya soyuq ola bilir, bu da suşinin dadını poza bilər.  Lakin buna baxmayaraq, Yaponiyada bütün aşpazların qadın olduğu bir suşi bar var. Həmin yer Tokionun Akihabara şəhərindəki "Nadeshiko" suşi-barıdır. Beləliklə, bu restoranın əsas aşbazı olan Yuki Chizui  ölkədə hökm sürən patriorxat  və həmçinin qadınlara qarşı olan bütün haqsızlıqlar ilə mübarizə aparır.

 Samirə Tağıyeva, "İki sahil"