23 iyun 2021 09:59
845

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin ikinci mərhələsi davam edir

Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir.

“İki sahil” xəbər verir ki, hazırda təlimlərin ikinci mərhələsi üzrə tapşırıqlar icra olunur.

Bu təlimlərə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları cəlb olunub. Taktiki təlimlərdə tapşırıqlar uğurla yerinə yetirilir.