23 iyun 2021 13:06
686

Meksika həbsxanasındakı iğtişaşlarda 6 nəfər həlak olub

Meksikanın Tabasko ştatında yerləşən həbsxanalardan birində baş verən iğtişaşlar nəticəsində azı altı nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"İki sahil" “El Financiero” qəzetinə istinadla xəbər verir ki, iyunun 22-də yerli vaxtla saat 18:00-da cəzaçəkmə məntəqəsindən zorakılıqla bağlı məlumat alınıb. Dövlət və federal polis idarəsinin, Baş Prokurorluğun və Milli Qvardiyanın əməkdaşları iğtişaşların qarşısını almaq üçün hadisə yerinə gəlib.

Məhkəmə tibb xidməti ölənlərin sayının artacağını istisna etmir.

İlkin məlumatlara görə, hadisəyə məhkumlar arasında formalaşan iki qrupun cəza çəkdikləri məntəqəyə nəzarət uğrunda qarşıdurması səbəb olub.