23 iyun 2021 13:15
704

Niderland millisi itki ilə üzləşib

Hücumçu Luk de Yonq sıradan çıxıb.

“İki sahil” xəbər verir ki, millinin mətbuat xidməti 31 yaşlı forvardın məşq zamanı diz bağlarından zədə aldığını açıqlayıb. “Sevilya”nın oyunçusunun zədəsinin ciddi olduğu və AVRO-2020-nin qalan matçlarında iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu üzdən de Yonq millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Niderland yığması yer aldığı C qrupunda 9 xal toplayaraq 1/8 finala adlayıb.