23 iyun 2021 20:41
917

"Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir FOTO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

“İki sahil” xəbər verir ki, beynəlxalq təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib. Tapşırıqların icrası zamanı hərbi pilotlarımızın peşəkarlığı sayəsində şərti düşmənin yerüstü hədəfləri məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.