24 iyun 2021 12:44
496

Ukrayna Filip Kirkorovu "qara siyahı"ya daxil edib

Rusiyanın tanınmış estrada müğənnisi Filip Kirkorov Ukraynanın təhlükəsizliyini təhdid edən şəxslər siyahısına daxil edilib.

“İki sahil” “dw”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müğənni ilə bağlı qərar ölkənin Təhlükəsizlik Xidmətinin sorğusu əsasında qəbul edilib. Bundan sonra F.Kirkorovun iştirakı ilə keçirilən konsert və musiqili verilişlər Ukraynada yayımlanmayacaq. Lakin qadağanın səbəbi açıqlanmayıb.

F.Kirkorov Ukraynanın “qara siyahı”ya saldığı 201-ci şəxsdir. Rəsmi Kiyev bu ilin aprelində tanınmış rusiyalı reper Əlşir Valeyev (Morqenştern) də siyahıya daxil edib.

Adların “qara siyahı”ya salınması həmin şəxslərin iştirakı ilə televerilişlərin yayımlanmasını qadağan edir.