24 iyun 2021 13:38
418

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5784 hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif edilənlərin 20-si polkovnik, 57-si polkovnik-leytenantdır.