24 iyun 2021 15:14
662

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

Kayrat Osmonəliyev Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov fərman imzalayıb.

Qeyd edək ki, K.Osmonəliyev Mərkəzi Seçki Komissiyasının üzvü idi.