Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.
“İki sahil” xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb:
"Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub".
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib