11 iyul 2021 23:15
908

ABŞ polisi Kapitoliya ətrafında olan maneələri sökdü

Kapitoliy polisi, 6 yanvar iğtişaşlarından sonra ABŞ Konqresinin binası ətrafında quraşdırılmış metal maneələrin sökülməsini başa çatdırdı.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə polisin açıqlamasında deyilir.

Baryerlərin aradan qaldırılması barədə qərarın "mövcud təhlükə səviyyəsi" nin qiymətləndirilməsi əsasında verildiyini açıqladılar.

Kapitoliy polisinin rəisi Yogananda Pittman bildirib ki, "ehtiyac yaranarsa, dərhal təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırıq".