23 iyul 2021 21:30
2930

Səfərbərlik Xidmətinin Səbail rayon idarəsinin rəisi saxlanılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

“İki sahil” xəbər verir ki,  o, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. 

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub.

Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.