29 iyul 2021 10:53
3113

"Qarabağ" Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalayıb

“Qarabağ” daha bir transferini rəsmiləşdirib.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, ğdam təmsilçisi Bəhlul Mustafazadəni heyətinə cəlb edib.

“Sabah”dan ayrılan və Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Əyn”ə keçidi baş tutmayan millimizin üzvü yeni komandasına azad agent kimi keçib. O, “Qarabağ”la 3 illik müqavilə imzalayıb. 24 yaşlı müdafiəçi ağdamlılarda 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində buna qədər Kadi Borqes və Ramil Şeydayevi transfer edib.