29 iyul 2021 18:03
1009

Spiral formalı avtobus dayanacağı

Yaponiyanın “Sou Fujimoto” studiyasının memarları tərəfindən spiral formalı pilləkənə malik nazik polad çubuqlar üzərində avtobus dayanacağının dizaynı yaradılıb.

“İki sahil” xəbər verir ki, bu orijinal layihənin memarları bununla da insanların ətrafdakı mənzərədən zövq ala biləcəyi bir avtobus dayanacağını dizayn etmək istəyiblər. Avtobus gözləyən hər kəs spiral pilləkənlərlə qalxaraq kəndin gözəl mənzərəsini seyr edə bilər.