01 avqust 2021 14:11
933

FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkər edir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.

FHN Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkər edir.