SOCAR Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə tərəfdaşları ilə birlikdə daha bir sosial layihəyə start vermişdir. Şirkətdən “İki sahil”ə verilən məlumata görə, “ProFarms” adlanan layihə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq boru kəməri boyunca yaşayan kənd sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik sahibkarlıq ekosisteminin inkişafının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına, yerli aztəminatlı ailələrə, təqaüdçü və ehtiyatda olan hərbçilərə müxtəlif növlü yardımların göstərilməsi nəzərdə tutulur. 2023-cü ilin fevral ayına kimi davam edəcək layihə Kürdəmir, Ağdaş, Ucar və Yevlax rayonlarında yerləşən 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edəcək. “Profarms” layihəsi çərçivəsində dəstəklənəcək kəndli fermerlərin 50%-ini qadınlar təşkil edir.
Layihənin hədəflərinə nail olmaq üçün aşağıdakı xidmətlər göstəriləcək:
Qeyd edək ki, 2003-cü ildən etibarən Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə kənd təsərrüfatının inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirilmişdir.
CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10%), Cənub Qaz Dəhlizi şirkəti (6,67%), bp (28,83%), TPAO (19%), Petronas (15,5%), Lukoil (10%), NİCO (10%).